BİZNES

İsveçrənin Azərbaycana qoyduğu investisiyaların həcmi açıqlanıb
18 NOYABR
171

İsveçrənin Azərbaycana qoyduğu investisiyaların həcmi açıqlanıb

2018-11-18 21:48:00

Fins.az-ın məlumatına görə son 22 il ərzində İsveçrədən Azərbaycana investisiyaların həcmi 851,9 milyon dollar təşkil edib.Bunu İsveçrə mətbuatına müsahibəsində Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri Xanım İbrahimova deyib. Səfir bildirib ki, Azərbaycandan İsveçrəyə investisiyaların həcmi 1,1 milyon dollara bərabər olub. Onun sözlərinə görə, Azərbaycanda xidmət, ticarət, tikinti, sənaye, nəqliyyat, bankçılıq və sığorta kimi sahələrdə İsveçrə kapitalı ilə 67 şirkət fəaliyyət göstərir. İki ölkə arasında iqtisadi münasibətlərdən danışan səfir qeyd edib ki, gələn ilin əvvəlində Berndə birgə iqtisadi komissiyanın iclası, eləcə də biznes forumun keçirilməsi planlaşdırılır. X.İbrahimova vurğulayıb ki, iqtisadi sahələrdə uğurlar sayəsində Azərbaycan investisiya qəbul edən ölkədən investor ölkəyə çevrilib: “Bir neçə il əvvəl SOCAR İsveçrə enerji bazarına daxil olaraq “Exxon Mobil”ə məxsus ESSO yanacaqdoldurma stansiyalarını əldə edib. Hazırda İsveçrədə SOCAR brendi ilə 172 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir”. Səfir onu da xatırladıb ki, 2017-ci ildə Azərbaycandan İsveçrəyə qeyri-neft ixracı 143 milyon dollar təşkil edib və bununla da İsveçrə Türkiyə və Rusiyadan sonra Azərbaycandan qeyri-neft məhsullarının 3-cü ən iri idxalatçısına çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256