Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə 2018-ci ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən9,2% artaraq 43 871,5 mln. manat və ya əhalinin hər nəfərinə orta hesabla 4 471,1 manat təşkil edib. Məlumatda bildirilir ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 40 272,8 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6% çox vəsait qalıb.
Müəllif:Aynur Qəniyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır