BİZNES

Azərbaycanın istehlak bazarı neçə faiz artıb
17 NOYABR
163

Azərbaycanın istehlak bazarı neçə faiz artıb

2018-11-17 19:56:00

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə 2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 37,8 mlrd. manat olmaqla 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,7% artıb.Məlumatda həmçinin qeyd olunur ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-oktyabr aylarının səviyyəsini real ifadədə 2,8% üstələyərək36,3 mlrd. manata bərabər olub, onun 48,5%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 384,8 manatlıq və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,1 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255