BİZNES

Azərbaycanın pərakəndə ticarət dövriyyəsində artım
17 NOYABR
140

Azərbaycanın pərakəndə ticarət dövriyyəsində artım

2018-11-17 17:51:00

Fins.az-ın Dövlər Statistika Komitəsinə istinadən verdiyi məlumata görə bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,6% artaraq 29,5 mlrd. manat olub. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir istehlakçı orta hesabla ayda 300,4 manatlıq və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,2 manat çox əmtəə alıb.

Bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin eyni dövrünün səviyyəsini real ifadədə 2,1% üstələyərək 14780,4 mln. manata çatıb. Ticarət dövriyyəsi 14693,1 mln. manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,2% çox olub.

Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 150,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256