BİZNES

Təlimdə iştirak etmiş və biznes planlar hazırlayan qadınlar arasında qrant müsabiqəsi keçiriləcək
16 NOYABR
136

Təlimdə iştirak etmiş və biznes planlar hazırlayan qadınlar arasında qrant müsabiqəsi keçiriləcək

2018-11-16 17:09:00

Fins.az-ın məlumatına görə Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün  təlim keçirilib.Bu barəfdə Azərbaycan Sahibkarlar Konfederasiyası və Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunundunundan məlumat verilib.Məlumatda bildirilir ki, birgə həyata keçirdiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində  öz biznesini qurmaq istəyən xanımlara təlim keçirilib. 

Beynəlxalq Əmək Təşkilatının master təlimçisi Azad Rəhimov tərəfindən keçirilən təlimdə  xanımlar biznes planın  hazırlanması, bazarın təhlilinin aparılması,  məhsulun və xidmətin  maya dəyərinin hesablanması, reklam və marketinq strategiyasının  qurulması ilə bağlı müəyyən bilik və bacarıqlara yiyələniblər.14-15 noyabr tarixlərində keçirilən təlimlərdə  Cocuq Mərcanlı kəndinin və Füzuli rayonunun bir sıra kəndlərinin sakinləri iştirak ediblər. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirilən  layihənin məqsədi qadınlarda sahibkarlıq düşüncəsini inkişaf etdirmək, yeni bizneslərin yaradılmasına təkan verməkdir.

Qeyd edək ki, layihə çərçivəsində eyni təlimlər ötən ay  Bakı və Sumqayıt şəhərlərində, Quba, Xaçmaz,Salyan və Neftçala rayonlarında  keçirilib. Eyni mövzuda təlim 16 və 17 noyabr tarixlərində isə  Mingəçevir şəhərində keçirilir. Yekunda təlimdə iştirak etmiş  və biznes planlar hazırlayan qadınlar arasında kiçik qrant müsabiqəsi keçiriləcəkdir. Müsabiqədə qalib gələn 50 qadına sahibkarlıq fəaliyyəti üçün maliyyə dəstəyi ayrılacaqdır.

 Müəllif:Aynur Qəniyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256