BİZNES

Azərbaycanın ÜDM-nun həcmində böyük artım qeydə alınıb
16 NOYABR
133

Azərbaycanın ÜDM-nun həcmində böyük artım qeydə alınıb

2018-11-16 12:18:00

Fins.az-ın məlumatına görə  Statistika Komitəsi 2018-ci ilin yanvar -oktyabr aylarında Azərbaycanın ÜDM-nun həcmini açılayıb. Açıqlamada bildirilir ki, 2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin ümumi daxili məhsulu 0,8 faiz artaraq 65233,0 milyon manata çatmışdır.

ÜDM-in 45,7 faizi sənayedə, 9,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5 faizi tikintidə, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrində, 14,7 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil etmişdir.

Əlavə dəyərin istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1,0 faiz, neft sektorunda isə 0,3 faiz artmışdır. Əhalinin hər nəfərinə düşən ÜDM 6648,1 manata bərabər olmuşdur.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256