BİZNES

Azərbaycanın xarici ticarətində 6,7 mlrd. dollarlıq müsbət saldo yaranıb
15 NOYABR
88

Azərbaycanın xarici ticarətində 6,7 mlrd. dollarlıq müsbət saldo yaranıb

2018-11-15 16:51:00

Fins.az-ın "report"a istinadən verdiyi məlumata görə Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan digər ölkələrlə 25 223,871 mln. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9 211,288 mln. dollar və yaxud 57,5% çoxdur.

10 ay ərzində idxal əməliyyatlarının 9 252,56 mln. dollar olub (illik müqayisədə 2 294,179 mln. dollar və ya 32,97% çox), ixrac əməliyyatlarının dəyəri isə 15 971,311 mln. dollar (6 917,109 mln. dollar və yaxud 76,4% çox) olub. Nəticədə xarici ticarətdə 6 718,751 mln. dollar məbləğində müsbət saldo yaranıb. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256