BİZNES

Azərbaycan-Gürcüstan regional biznes forumu keçiriləcək
15 NOYABR
89

Azərbaycan-Gürcüstan regional biznes forumu keçiriləcək

2018-11-15 14:02:00

Azərbaycan və Gürcüstan arasında regional biznes forumun keçirilməsi nəzərdə tutulub.

Fins.az xəbər verir ki, bunu Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti Nino Çikovani jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, biznes forumun noyabrın 20-də təşkil olunacağı gözlənilir: “Tədbirin Tbilisidə deyil, Gürcüstanın bölgələrinin birində keçirilməsi planlaşdırılıb”.

Qeyd edək ki, noyabrın 14-15-də Tbilisidə keçirilməsi planlaşdırılan VIII Beynəlxalq “Caspian Energy Forum Kvemo Kartli” tədbiri təxirə salınıb. İkigünlük tədbirin Tbilisi ilə yanaşı, azərbaycanlıların sıx yaşadığı Kvemo-Kartli bölgəsində də keçirilməsi nəzərdə tutulmuşdu.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256