BİZNES

Azərbaycanın xarici ticarət saldosu $7 milyardı ötdü
14 NOYABR
93

Azərbaycanın xarici ticarət saldosu $7 milyardı ötdü

2018-11-14 16:05:00

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 102 ölkəyə məhsul ixrac olunmuş, 168 ölkədən idxal olub. Bu barərə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 23159,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15254,2 milyon dollar, idxalın dəyəri 7905,2 milyon dollar təşkil edib.

Eləcə də bax:Azərbaycanda siqaret bahalaşacaq: aksiz vergisi qalxır

Nəticədə, cari ilin 9 ayı ərzində 7349,0 milyon dollarlıq (USD) müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,3 faiz, o cümlədən ixrac 37,9 faiz, idxal 28,0 faiz artmışdır. Real ifadədə dövriyyə 0,2 faiz, o cümlədən idxal 2,3 faiz azalmış, ixrac isə 0,9 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256