BİZNES

Vergi sistemində köklü islahatlar aparılacaq
14 NOYABR 2018
267

Vergi sistemində köklü islahatlar aparılacaq

2018-11-14 10:18:00
Bu barədə parlamentin plenar iclasında Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Fins.az xəbər verir ki, bununla əlaqədar Prezident İlham Əliyevin təqdimatları parlamentə daxil olub: ”Növbəti iclaslarda bu təqdimatları müzakirə edəcəyik.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda köklü islahatlar nəzərdə tutulur. Məqsəd iqtisadi fəallığı stimullaşdırmaq, kiçik və orta sahibkarlığın inkişafına daha geniş meydan açmaqdır. Sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarətin vergi orqanları tərəfindən həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlıq üçün vergi güzəştlərinin müəyyən edilməsi, eləcə də özəl, qeyri-neft sektorunda çalışanların vergidən azad edilməsi, bütün digər məsələlərlə yanaşı, uzunmüddətli perspektiv və dövlət büdcəsinin artımına gətirib çıxaracaq. Nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək”,- deyə məlumatda bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266