BİZNES

Bu məhsulların üzərindən ƏDV götürüləcək?
14 NOYABR
155

Bu məhsulların üzərindən ƏDV götürüləcək?

2018-11-14 09:24:00
Azərbaycan mediasının iqtisadi durumu problemsiz deyil. Çap məhsulları üzərindən Əlavə Dəyər Vergisinin (ƏDV) götürülməsi yaxşı olardı. Bu, büdcə üçün elə də böyük rəqəm deyil.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

Ə.Amaşov qeyd edib ki, verginin götürülməsi bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq.

O, təhsil sahəsinə ayrılan maliyyənin artırılmasını təklif edib.

“Bu vəsait azərbaycandilli məktəblərdə dərsliklərin daha müasir hazırlanmasına sərf edilsin. Son zamanlar müzakirələrə səbəb olan məsələlər bunu tələb edir. Bu məktəblər güclü olmalıdır ki, övladlarını digər dillərdə olan məktəblərə göndərən valideynlərin bəhanəsi olmasın”, - deyə millət vəkili əlavə edib.

 Eləcə də bax: Çeki saxlayın: ƏDV-nin 15 faizi geri qayıda bilər

©oxu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256