BİZNES

Bakının ən bahalı reklam lövhəsi haradadır?
13 NOYABR
172

Bakının ən bahalı reklam lövhəsi haradadır?

2018-11-13 15:13:00

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Hüseyn Azəri Axar.az-a müsahibəsində paytaxtda quraşdırılan reklam lövhələrinin qiymətindən və bu qiymətlərin hansı göstəricilərə görə təyin edilməsindən danışıb.

Eləcə də  bax:Hər gün atdığınız zibili sata bilərsiz - “Kiloya görə qiymət dəyişir”+Video

Sözügedən müsahibəni təqdim edirik:

- Hüseyn bəy, Bakının ən bahalı reklam lövhəsi haradadır?

- Açıq məkanda reklamların qiyməti yerinə və ölçülərinə görə dəyişir. Təbii ki, ən bahalı reklam lövhələri paytaxtın mərkəzi küçələrində istehlakçıların çox keçdiyi ərazilərdədir. Bakı özü reklam yayımına görə 3 zonaya bölünür. Hər bir şəxs ADRA-nın rəsmi internet saytı [email protected] daxil olmaqla bu zonalar və qiymətlər barədə məlumat əldə edə bilər. Yaxın gələcəkdə açıq məkanda reklam yerləşdirmək istəyən istənilən şəxs agentliyin rəsmi internet saytına daxil olaraq, reklam yerləşdirmək istədiyi ərazini və reklamın ölçülərini qeyd etməklə kalkulyator vasitəsilə qiymətləri avtomatik əldə edə biləcək. Dövlət rüsumunu onlayn qaydada ödədikdən və lazımı sənədləri əldə etdikdən sonra reklamını yayımlayacaq.

- Qiymətlər nəyə əsasən müəyyənləşir?

- Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumu və yayım haqqı Prezident İlham Əliyevin 19 dekabr 2017-ci il tarixli Fərmanına əsasən tənzimlənir. Ümumilikdə reklamların qiyməti onların effektivlik dərəcələrinə görə müəyyənləşir. Qiymətlər tənzimlənərkən onun ölçüsü, yerləşmə yeri, nəqliyyatın intensivliyi, küçə və meydanların sıxlığı və digər amillərdən əlavə, reklam daşıyıcısının növü – yəni bolbord, rolap, prizmatron və ya başqa biri olması da nəzərə alınır. Paytaxtdan bölgələrə doğru istiqamətləndikcə, istehlakçıların sayı azaldıqca tətbiq olunan rüsumların məbləği də differensial əsasda hesablanır.

- Adətən şəhərdə elə reklam lövhəsi var ki, hansısa kampaniyadan bəhs edir və onun vaxtı bitmiş olur və s. Bu kimi vaxtı keçmiş reklam lövhələri ilə agentlik necə mübarizə aparır?

- Reklam verməkdə sahibkarın məqsədi hər hansı məhsul və ya kampaniya barədə istehlakçının diqqətini cəlb etməkdir. Bütün qanuni prosedurları icra etdikdən sonra onun istəyi iqtisadi fəaliyyətinin inkişafını həyata keçirməkdir. Yəqin ki, heç bir sahibkar istəməz ki, ödəniş etdikdən sonra onun üçün səmərə verməyən reklamı yayımlansın. Bu məsələlərdə bazar öz-özünü tənzimləyir. Əgər icazə 1 və ya 3 aylıq müddətə alınıbsa, sahibkarın həmin müddətdə reklamın məzmununu dəyişmək səlahiyyəti var.

- Əvvəlki illərlə müqayisədə hazırkı reklam bazarından razısınız?

- Mühitin vahid mənbədən tənzimlənməsi əsas yenilikdir. Reklamın rəsmiləşdirilməsi üçün sahibkarların müxtəlif deyil, yalnız bir qurumla əməkdaşlıq etməsi həm onların işini, həm də dövlətin nəzarətini asanlaşdırır. Estetik baxımdan yararsız, maneə və təhlükə doğuran yüzlərlə reklam qurğusu sökülür, azad rəqabət və dövlət dilinin qorunması prinsiplərinə uyğun gəlməyən məzmunların yayımlanması dayandırılır. Agentlik fəaliyyət göstərdiyi müddət ərzində ölkənin açıq məkandakı reklam bazarında şəffaf rəqabət mühitinin yaranmasına nail olmaqla bu sahədə ekosistemin inkişafını təmin edir.

Ümumiyyətlə, reklam bazarının genişlənməsi üçün sizcə, hansı tədbirlər görülməlidir?

- Bütün dünyada olduğu kimi, ölkəmizdə də reklam bazarı yerli istehlak potensialı və azad rəqabət mühitindən asılıdır. Eyni zamanda, reklam özü də istehlak bazarını və rəqabət mühitini stimullaşdırır. Bu baxımdan əhaliyə mal və xidmətlər təklif edən şirkətlər innovativ reklam mühitində maraqlı olmalıdır. Rəqəmsal reklam qurğularının imkanları daha böyük olduğundan Agentlik bu seqmentin inkişaf etməsini dəstəkləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256