BİZNES

Göz qabağında olsa da indiyədək görmədiyiniz biznes: PORTAĞAL QABIĞI
13 NOYABR
323

Göz qabağında olsa da indiyədək görmədiyiniz biznes: PORTAĞAL QABIĞI

2018-11-13 16:16:00
Meyvə qabıqlarının əvəzolunmaz bir nemət olduğu, neft və qaz kimi ixrac edilərək böyük gəlir gətirdiyi ağlınıza gələrdimi?

Qabıqların heç bir iqtisadi əhəmiyyət daşımadığı və ümumiyyətlə biznes mövzusu olmadığı Azərbaycandan fərqli olaraq qonşu Türkiyədə bu ciddi biznes sektoru sayılır.

Yalnız alma qabığında olan ursolik turşu əzələ əriməsinin müalicəsində, nar qabıqları ishal problemlərində, kartof, şaftalı və limon qabığı kosmetologiyada istifadə edilir.

Türkiyədə sitrus meyvələrinin vətəni hesab edilən Adananın Çukurova Bölgəsində portağal qabığı meyvə yetişdiricilərinin ümid qapısı oldu. Burda portağal qabığının 50 kq-ı 60 dollara satılır.

Məhsuldan türk lokumu, şirniyyat, bitki çayları, biskvit, təbii rəng, aroma və s. istehsalında istifadə olunur. Türkiyənin başqa vilayətlərində limon, mandarin, qreypfrut və digər meyvə qabıqlarının satışı da artmağa başlayıb.

Avropada isə vəziyyət daha professional səviyyədədir. Türkiyədən Almaniya, Fransa və İngiltərəyə ixrac edilən portağal qabığı gida, kosmetik məhsullar və dərman preparatları üçün əvəzolunmaz xammal kimi istifadə edilir.

İtaliyanın Siciliya adası portağalı ilə məşhurdur. Adanın 400 min əhalisi olan Kataniya şəhərində 39 yaşlı moda dizayneri Adriana Santonocito portağal lifi sellülozundan sap əldə edib. Bu saplardan toxunmuş parçalardan da geyimlər tikilir. Patentləşdirilmiş portağal mənşəli geyimlər o qədər məşhurlaşdı ki Salvatore Ferragamonun kolleksiyasına girdi.

Kataniya Universitetiniun alimləri həmçinin turuncu qabıqlardan un əldə ediblər. Bu məhsulun qida sənayesindəki özəlliyi yağsız un olmasıdır.

Yenə İtaliyada Nuova Scala fermasında 16 min 430 ton portağal qabığından əldə edilən bioqaz sayəsində 24 000 kilovat elektrik enerjisi əldə edə biliblər. 

Portağal qabığı və digər bizneslərlə bağlı daha ətraflı məlumat üçün  «Ağıllı sərmayə» layihəsi ekspertlərinə müraciət etməyiniz kifayətdir.

© FED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256