BİZNES

Ölkəyə gətirilən hər 40 şubadan cəmi 1-i - QEYDİYYATA DÜŞÜB
12 NOYABR
105

Ölkəyə gətirilən hər 40 şubadan cəmi 1-i - QEYDİYYATA DÜŞÜB

2018-11-12 15:39:00
Təbii və süni xəz geyimlərinin və məhsullarının idxalçıları yalnız 2013-2015-ci illərdə 15,5 milyon dollar məbləğində malı gömrük rüsum və vergilərindən gizlədiblər. Gömrükdən gizlədilən xəzdən geyim əşyalarının miqdarı 42 dəfə çox olub
Dövlət büdcəsinə ödənilməyən vəsaitin miqdarı 5,5 milyon dolları keçib. Bunu UN Comtrade təşkilatının (Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət üzrə Statistika Bürosu) məlumatı təsdiqləyir.İxracatçıların məlumatlarına görə, 2013-cü ildə Azərbaycan xaricdə 7,870,3 min dollar, 2014-cü ildə 5605,6 min dollar, 2015-ci ildə isə 2,415 min dollar məbləğində xəz geyim və məhsulları alıb. Əsas istehsalçıar Honq Konq, Fransa, İtaliya və Yunanıstandır. Həmin üç il ərzində Azərbaycan sərhədini rəsmən 378,7 min dollar məbləğində bu nomenklaturada məhsul keçib.Beləliklə, bu illər ərzində gömrükdən gizlədilən xəz geyim və məhsulların həcmi qanuni idxaldan 42 dəfə çox olub.

©turan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256