BİZNES

Gömrükdən 20 min dollar keçirmək istəyən şəxs tutuldu
12 NOYABR
492

Gömrükdən 20 min dollar keçirmək istəyən şəxs tutuldu

2018-11-12 12:11:00

Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunda İran İslam Respublikasına gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Eləcə də bax:Lizinqlə satış qadağan olunur – YENİLİK GƏLİR

Dövlət Gömrük Komitəsindən Fins.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən valyutanın olmadığını bildirib.

Yoxlama zamanı, onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 20 000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256