BİZNES

Azərbaycanda əhali üçün sürpriz yenilik - VİDEO
12 NOYABR
443

Azərbaycanda əhali üçün sürpriz yenilik - VİDEO

2018-11-12 16:14:00
İldən-ilə ölkəmizdə vergidən yayınma hallarının qarşısını almaq, eləcə də nağdsız ödənişləri genişləndirmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Fins.az xəbər verir ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklər onlardan biridir. Belə ki, ticarət və iaşə obyektlərinə ödəniləcək məbləğin əlavə dəyər vergisinin bir hissəsi vətəndaşa qaytarılacaq.
Qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15 faiz, nağd ödənişlər üzrə isə 10 faiz təşkil edəcək.
İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması üçün alış-verişin qəbzi tələb edilməlidir.
İqtisadçının sözlərinə görə, geriödəmələrin hansı formada reallaşdırılacağı ilə bağlı müxtəlif mexanizmlər nəzərdən keçirilə bilər.
Rəşad Həsənov deyir ki, dəyişikliklərin ticarət və ictimai iaşə obyektlərinə ciddi təsiri olmayacaq. Çünki geriödəmələrin dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcəyi proqnozlaşdırılır.

 

 ©FED


 
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255