BİZNES

Azərbaycan Xəzər dənizində külək elektrik stansiyası layihəsi ilə bağlı xarici investorlarla danışıqlar aparır
11 NOYABR
162

Azərbaycan Xəzər dənizində külək elektrik stansiyası layihəsi ilə bağlı xarici investorlarla danışıqlar aparır

2018-11-11 11:17:00

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nəzdində "Azəralternativenerji" MMC Xəzər dənizində külək elektrik stansiyası layihəsinin maliyyələşdirilməsi ilə bağlı bir sıra xarici investorlarla danışıqlar aparır. Fins.az xəbər verir ki,bunu Trend-ə MMC-nin sədri Aqşin Bəkirzadə deyib.

A.Bəkirzadə bildirib ki, sənaye tipli stansiya dənizdə yerləşəcək:

"Bu stansiya Pirallahı qəsəbəsindən Çilov adasınadək uzanacaq. Layihə ilə əlaqədar müvafiq texniki-iqtisadi sənədləşdirmə aparılıb. Stansiyanın gücünün 200 meqavatt təşkil etməsi planlaşdırılır. Potensial investorlar ərəb ölkələri, Çin və Kanadanı təmsil edir".

A.Bəkirzadə əlavə edib ki, xarici investorların Azərbaycana cəlb olunması üçün "yaşıl tarif" tətbiq etmək lazımdır. Bu, investisiyaların bərpa olunan enerji mənbələrinin istifadə texnologiyasına cəlb olunması üçün nəzərdə tutulmuş xüsusi mexanizmdir. Bu mexanizm istehsal olunmuş elektrik enerjisinin dəyərinə əlavəni nəzərdə tutur:

"Elektrik enerjisi tarifləri çox aşağıdır, ona görə də investorları cəlb etmək çox çətindir. Bu vəziyyət dövlətin sosial siyasəti ilə əlaqədardır. Bununla belə "yaşıl tarif" tətbiq etmək lazımdır, əks halda investorları cəlb etmək mümkün olmayacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256