BİZNES

Xidməti müqavilə ilə işləyənlərə üzücü xəbər
07 NOYABR
2296

Xidməti müqavilə ilə işləyənlərə üzücü xəbər

2018-11-07 17:51:00
Xəbər verildiyi kimi, 2019-cu ildə Vergi Məcəlləsinə ciddi dəyişikliklər ediləcək.  Dəyişikliklərin bir hissəsi sadələşdirilmiş vergiyə aid olacaq.

Fins.az xəbər verir ki, Vergi eksperti Vəli Əliyev bildirib ki, bəzi sahələrdə işləyənlər sadələşdirlmiş vergi ödəyici olsalar da vergini başqa formada və daha yüksək faiz dərəcəsi ilə ödəyəcəklər.

Belə ki, xidməti müqavilə ilə işləyən konsaltiq, mühasibat, ofislrdə təmizlik xidməti və s. Kimi peşələrin sahibləri sadələşdirilmiş vergi ödəyicləri olsalar da vergini 2%-lə deyil, 20% gəlir vergisi şəklində ödəyəcəklər. Bu qayda ödəyicinin illik dövriyyəsinin 200 min manatı keçmədiyi halda tətbiq ediləcək.

Dövriyyə bundan artıq olduqda isə ödəyici ƏDV-yə keçirilir və ƏDB ödəyicisi olacaq. 

Yəni konsaltinq xidməti göstərən fiziki şəxs 200 min manata qədər xalis gəlirindən 20 % gəlir vergisi ödəməlidir. 200 min manatdan yuxarı dövriyyəsi olan şəxslər ƏDV və gəlir vergisi ödəməlidir.

Bu yenilik sadələşmiş verginin əhatə dairəsinin həddən artıq azaldılması deməkdir: «Demək olar ki, sadələşmiş vergi ləğv olunur». 

©FED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254