BİZNES

Mağazaların "nisyə" satdığı mallar üçün ödənişlər niyə nağdsız qəbul edilmir? - EKSPERTLƏR
07 NOYABR
154

Mağazaların "nisyə" satdığı mallar üçün ödənişlər niyə nağdsız qəbul edilmir? - EKSPERTLƏR

2018-11-07 17:34:00

Məişət texnikası və elektronika məhsulları mağazalarının əksəriyyətində kredit ödənişləri niyə nağdsız formada qəbul olunmur?

Fins.az Azərbaycanda fəaliyyət göstərən məişət texnikası və elektronika məhsulları mağazalarında daxili kreditlərin nağdsız ödəniş formalarını araşdırıb və məlum olub ki, bu mağazaların yarıdan çoxunda nağdsız ödəmələrin həyata keçirilməsi mümkün deyil. 

Ödənişlərin nağdsız formada qəbul edilməməsinin səbəblərini müəyyən etmək üçün "Finans.az" bir sıra ekspertlərin məsələ ilə bağlı rəyini əldə edib:

Eləcə də bax:Tələbələr üçün iş axtarma xidməti - 40 MILYON

Məsələni "Finans.az"a şərh edən hüquqşünas-ekspert Əkrəm Həsənov bildirib ki, məişət texnikası və elektronika məhsulları mağazalarında kredit ödənişlərinin nağdsız formada qəbul olunmamasının əsas səbəbi qeyri-rəsmi satışlardır.

 ©Finans

Hüquqşünas-ekspert Əkrəm Həsənov

Məsələ əslində çox sadədir: söhbət vergidən yayınmadan gedir. Yəni, həmin mallar sözügedən mağazalar tərəfindən qeyri-rəsmi satılır. Məqsəd isə həmin satışları vergi orqanlarından gizlətmək və bu yolla da vergidən yayınmaqdır. Nağd ödənişlər zamanı mağazalar dövriyyələrini gizlədə bilirlər. Nağdsız ödənişlərdə isə bunu etmək mümkün olmur. Qanunvericiliyə görə, bu mağazaların hər birində POS-terminal olmalıdır və nağdsız hesablaşmaların bir forması kimi ödənişlər həm də POS-terminal vasitəsilə qəbul olunmalıdır. Nağdsız hesablaşmalar haqqında qanunvericilik vətəndaşdan ödənişlərini nağdsız etməyi tələb etmir, lakin hüquqi şəxslər, şirkətlər, mağazalar hər bir halda nağdsız ödənişləri qəbul etməkdən imtina edə bilməzlər, çünki bu, qanun pozuntusudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254