BİZNES

Amerikalı milyonçular aralıq seçkilərə nə qədər pul xərcləyib?
07 NOYABR
75

Amerikalı milyonçular aralıq seçkilərə nə qədər pul xərcləyib?

2018-11-07 16:51:00
Bilindiyi kimi, dünən Amerika Konqresinə aralıq seçkiləri keçirilib. Bəs Amerikanın ən varlı insanları bu kritik seçim üçün nə qədər ianə verib?

Fins.az xəbər verir ki, dünən ABŞ-da son illərin ən kritik seçkilərindən biri olan Konqresə aralıq seçkilər üçün xalq sandıq başına gedib. Amerika prezidenti Donald Trampın vəzifəyə başladığı gündən bəri getdikcə artan daxili siyasi münaqişələr aralıq seçkilərin əhəmiyyətini daha da artırır.

ABŞ-da 2018-ci il aralıq seçkiləri tarixin ən yaxından izlənilən, ən bahalı və barəsində ən çox düşünülən seçkilərindən biridir.

Eləcə də bax:Bu milyarderi saxladılar

Bəs, Amerikanın tanınmış milyarderləri bu mühüm seçkilərə necə töhfə verirlər?

Ceff Bezos (Amazon), adı çəkilən seçkilər üçün 10 159 970 dollar xərcləyib ki, bunun 10 milyon dollarını “With Honor” adlı qrupa ianə verib.

Warren Buffet (Berkshire Hathaway), 104 900 dollar dəyərində Demokratlar partiyasına ianə verib.

Timothy Sloan (Wells Fargo), 64 400 dollar məbləğində Respublikaçılar partiyasına ianə verib, 7 500 dollar dəyərində isə Fargo Political Action Committee (PAC)-ə bağışlayıb.

Howard Schultz (Starbucks) da Ceff Bezos kimi “With Honor” adlı qrupa ianə verib. İanənin məbləği 51 000 dollar dəyərindədir.

Laurence Fink (BlackRock) 32 100 dollardan təqribən 20 000 dolları GOP fonduna, qalanını isə Demokratlar partiyasına ianə olaraq verib.

Mark Zuckerberg (Facebook) 10 000 dollar dəyərində ianəni bərabər olaraq hər iki partiyaya da bağışlayıb.

Tim Kuk (Apple) isə Demokratlar partiyasının üzvü olan Zoe Lofgrenə 5 400 dollar dəyərində ianə verib.

©İnsider

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254