BİZNES

14 dəfə lotereya qalibi olan şəxsin SİRRİ
06 NOYABR
795

14 dəfə lotereya qalibi olan şəxsin SİRRİ

2018-11-06 12:33:00

Yəqin ki, qısa yoldan necə varlı olmaq olar sualına cavab olaraq hamı Cek Potu qazanmaqla cavabını verər. Amma təbii ki, hamımız bu qədər şanslı deyilik. Bu dəfəki məqaləmizdə 14 dəfə lotereyanın qalibi olan şəxs haqda məlumat verəcəyik.Fins.az xəbər verir ki, Mandel adlı bu şəxs bütün qazanclarını sadəcə bəxtinə borclu deyil. İxtisasca iqtisadçı olan bu şəxs lotereyada qalib olmaq üçün xüsusi formul hazırlayıb. Bu formul 6 addımdan ibarət olmaqla sistemi yanıltmağa imkan verirdi.

Mandel adlı bu şəxsin ilk iki lotereya uduşu vətəni Rumıniyada baş tutub. Həmin vaxtlar onun maaşı cəmi 88 dollar təşkil edirdi. Sonrakı 12 lotereya qalibiyyəti isə İsraildə olarkən baş tutub. Mandel lotareyada qalib gəlmək üçün maraqlı üsula əl atıb. O, lotareyaları toplu şəkildə alaraq öz evində onların kopiyasını çıxarırmış və onların kombinasiyasını yaradırmış. Onun hiyləsindən xəbər tutduqdan sonra Mandeli İsraildə 20 ay müddətinə azadlıqdan məhrum edirlər. İşin maraqlı tərəfi ondan ibarətdir ki, onun bu davranışı qanun pozuntusu sayılmırdı. Lakin Mandelin uğurlarından sonra Amerika və Avstraliya kimi ölkələr lotareyada olan belə fırıldaqları qanunla nizamladı və cəza tətbiq etməyə başladı. Amma Mandel öz məqsədinə çoxdan nail olmuşdu. Beləki, 14 dəfə qalib gəldikdən sonra o, təqaüdə çıxmış və Sakit Okean sahillərindəki adalardan birində özünə yeni həyat qurmuşdu.

Beləliklə, Mandelin lotereyada qazanması üçün 6 addımı sizlərlə bölüşürük.

  1. 1 ilə 40 arasında altılı kombinasiyanı təyin etmək. Bu isə öz növbəsində 3 838 380 kombinasiya deməkdir.
  2. Cek pot dəyəri mümkün kombinasiyadan 3 dəfə çox olan lotereyaları tapmaq.
  3. Bütün kombinasiyaları almaq üçün yetərincə pul toplamaq. Mandel Virciniya ştatındakı lotereyanı qazanmaq üçün bu işə 2524 investor cəlb etməyə nail ola bilmişdi.
  4. Kombinasiyaların hamısının əks olunduğu lotereyaları dərc etmək. Əvvəl bu qanuni sayılsa da indi həbs olunmağı gözə almalısınız.
  5. Biletləri səlahiyyətli bilet dilerlərinə vermək.
  6. Və öz payınızı götürdükdən sonra investorların payını verməyi unutmamaq. Mandel 1987-ci ildə 1.3 million dollar pul udmuş və bu məbləğin cəmi 97.000 dollarını götürə bilmişdir.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254