BİZNES

Dünyanın ən yaxşı şirkətləri AÇIQLANIB
06 NOYABR
145

Dünyanın ən yaxşı şirkətləri AÇIQLANIB

2018-11-06 12:30:00

“Forbes” jurnalı dünyanın ən yaxşı şirkətlərinin siyahısını açıqlayıb. Siyahının ilk pillələrində yer alan şirkətlər dünyanın ən böyük və tanınmış şirkətləridir.

Həmçinin oxu: Dünyanın ən dəyərli markaları arasında texnologiyanın üstünlüyü

Fins.az xəbər verir ki, dünyanın ən yaxşı şirkətlərinin ilk10-luğu aşağıdakı kimidir:

Sıra

REKLAM

https

Book now
 
Native Videoby Adributor

Şirkət

Sənaye

Ölkə

1

Alphabet

Kompüter Xidmətləri

ABŞ

2

Microsoft

Proqramlaşdırma sistemləri

ABŞ

3

Apple

Kompüter təminatı

ABŞ

4

Walt Disney

Televiziya və radio yayımları

ABŞ

5

Amazon.com

E-ticarət

ABŞ

6

Cnooc

Neft və qaz emalı

Honkonq

7

Daimler

Avtomobil istehsalı

Almaniya

8

Kasikornbank

Regional banklar

Tailand

9

Celgene

Biotexnologiya

ABŞ

10

BMW Group

Avtomobil istehsalı

Almaniya

Qeyd edək ki, bu siyahının tərtib edilməsi üçün 430 mindən çox beynəlxalq işçi rəyi “Statista” tərəfindən analiz edilir. Belə ki, işçilərdən öz işəgötürənlərini qiymətləndirmələri və həmçinin xüsusilə bəyəndikləri digər şirkətləri qeyd etmələri istənilir.

Artıq ikinci ildir ki, dünyanın ən yaxşı şirkətləri üzrə “Forbes Qlobal 2000” siyahısının ilk pilləsində “Alphabet” şirkəti qərarlaşıb. “Google” – un ana şirkəti olan “Alphabet” belə nəticə əldə etmiş yeganə şirkətdir. “Google” şirkəti ğzünün 2018 – ci il üzrə müxtəliflik hesabatında elan etdi ki, qadınlar şirkətdə rəhbər vəzifələrin 25.5% - ni tutur və Latın Amerikalılar və qara dərililərin əmək haqları tədricən artırılır.

Eləcə də bax:Bakıda məşhur geyim dükanından 40 min manat oğurlanıb

80 mindən çox işçisi olan “Alphabet” şirkəti 117.9 milyard dollar dəyərində satış həcmi, 16.6 milyard dollar dəyərində mənfəəti, 206.9 milyard dollardəyərində aktivləri və 766.3 milyard dollarlıq bazar dəyəri ilə dünyanın ən böyük şirkətlərindəndir. Şirkət rüblük hesabatında ikinci rüb üzrə gəlirlərinin ötən ilin eyni dövrü ilə müqayisədə 26% artımla 32.7 milyard dollara çatdığını açıqlayıb.

Siyahının ikinci pilləsində Microsoft şirkəti qərarlaşıb. 124 min işçisi olan texnologiya nəhəngi 103.3 milyard dollar dəyərində satış həcmi, 14.2 milyard dollar dəyərində mənfəət, 245.4 milyard dollarlıq aktivləri və 750.6 milyarddollarlıq bazar dəyərinə sahibdir.

Dünyanın ən dəyərli şirkətlərinin ilk onluğunun 6 pilləsi Amerika şirkətlərinə məxsusdur. 500 şirkətin adının qeyd edildiyi ümumi siyahıda isə Amerika 185 şirkətlə təmsil olunur.

Bu il Almaniya şirkətləri siyahıda üstünlük edən ikinci qrupu təşkil edirlər.

Xatırladaq ki, ən yaxşı şirkətlər siyahısında adı qeyd edilən şirkətlər öz imici, iş şəraiti və müxtəliflik baxımından çox yüksək dəyərləndirilən şirkətlərdir.

 ©Banco

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9245
  • ₽ RUB
    0.0252