BİZNES

DSMF-nin pulunu da vergi işçiləri yığacaq
06 NOYABR
156

DSMF-nin pulunu da vergi işçiləri yığacaq

2018-11-06 12:09:00

Gələn ildən etibarən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinə aid edilən sosial sığorta haqlarını Vergilər Nazirliyi toplayacaq.

Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət büdcəsinin Milli Məclisin (MM) komitələrinin birgə iclasında müzakirəsində bildirib. 

 Eləcə də bax:Bakıda məşhur geyim dükanından 40 min manat oğurlanıb

"Qeyd edilib ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinə aid edilən sosial sığorta haqlarının yığılmasının da növbəti ildən etibarən vergi orqanlarının səlahiyyətlərinə daxil edilməsi nəzərdə tutulur".

Qeyd edək ki, 2019-cu ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3 milyard  928,1 milyon manat həcmində proqnozlaşdırılıb ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən 349,3  milyon manat və ya 9,8% çoxdur.

©marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254