BİZNES

Geyim və ayaqqabı kəskin bahalaşıb - İNFLYASİYA
05 NOYABR
257

Geyim və ayaqqabı kəskin bahalaşıb - İNFLYASİYA

2018-11-05 18:04:00

Türkiyə Statistika Komitəsi (TÜİK) tərəfindən verilən açıqlamaya görə, ölkədə istehlakçı qiymətləri oktyabr ayında Sentyabr ayı ilə müqayisədə 2,67%, ötən ilin oktyabr ayına nisbətən 25,24%, ötən ilin dekabr ayı ilə müqayisədə isə 22,56% artıb. İnflyasiyanın aylıq 1,87%; İllik 24,27% olacağı gözlənilirdi.

Oktyabrda ən çox geyim və ayaqqabı bahalaşıb (12,74%). 

2018-ci ilin Oktyabr ayında indeksdə yer alan mal qruplarından, mənzillər 4,15 faiz, ev əşyaları 3,44 faiz, yeyinti və alkoqolsuz içkilər 3,22% bahalaşıb.
 
Oktyabr ayında yalnız nəqliyyat qrupunda 0,85 faiz azalma baş verib.

Əvvəlki ilin Oktyabr ayı ilə müqayisədə nəqliyyat 32 faiz, müxtəlif mal və xidmətlər 31,50 faiz, yeyinti və alkoqolsuz içkilər 29,26 faiz və mənzil 25,72 bahalaşıb.

©Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258