BİZNES

Nazir: Vergi siyasətində beş istiqamət müəyyənləşib
05 NOYABR
130

Nazir: Vergi siyasətində beş istiqamət müəyyənləşib

2018-11-05 14:33:00
Vergilər naziri Mikayıl Cabbarov 2019-cu ildə vergi siyasətində baş verəcək dəyişikliklərdən danışıb. 

Nazir məlumat verir ki, nazir Milli Məclisdəki (MM) büdcə zərfi ilə bağlı çıxışında qeyd edib ki, növbəti il sahibkarlığın inkişafının dəstəklənməsinə, özəl investisiyaların təşviqinə xidmət edəcək.

Onun sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün bərabər şərtlər və vergi yükünün təmin edilməsi qarşıda duran əsas vəzifə kimi təyin edilib. 

Eləcə də bax:Gəlir vergisinin ləğvi işləyənlərin maaşına təsir edəcək? - ŞƏRH

“Qeyri-neft sektorunda tətbiq ediləcək güzəştlər də buna yönəlib. Əsas meyarlar vergidən yayınmanın azaldılması, uçot bazası, mal dövriyyəsinin sənədləşdirilməsi, vergi tutma rejiminin təkmilləşdirilməsi, vergi güzəştlərinin optimallaşdırılması və iqtisadi səmərənin gücləndirilməsidir.

İqtisadiyyatımızın bir sıra sahələrinə vergi güzəştləri tətbiq olunur. Beləliklə, son istiqamət vergi və vergi yığımının inzibatçılığının təkmilləşdirilməsidir. Beləliklə, bu problemlərin həlli üçün vergi siyasətində beş istiqamət müəyyənləşib.

Bunlar kölgə istiqamətinin azaldılması, vergi tutma bazasının təkmilləşdirilməsi, geniş vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi inzibatçılığının genişləndirilməsidir”.

©Oxu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258