BİZNES

Tarixdə iz qoyan ən iri şirkətlər
05 NOYABR
95

Tarixdə iz qoyan ən iri şirkətlər

2018-11-05 10:30:00
Bir sıra iri şirkətlər bu gün bazarda iri paya sahib olmaqla, hədsiz böyük kapitallaşmaya malikdirlər.

Lakin iri şirkətlər heç də yeni məfhum deyillər. Keçmişdə də bazarının xeyli  payına sahib şirkətlər olub.

Bu gün biz keçmişdə mövcud olan, lakin artıq tarixə dönmüş bu cür şirkətlərdən danışacağıq. 

“Ost-Hind” şirkəti

Fəaliyyət sahəsi: ticarət

İndiki dövrün pullarına çevirsək şirkətin dəyəri 8,2 trln dollara müvafiqdir. 

“Ost-Hind” – 1602-ci ildə təsis edilmiş Hollandiya şirkəti 1798-ci ilə qədər mövcud olmuşdu. Çin, Yaponiya, Seylon, İndoneziya ilə ticarət aparırdı (çay, gümüş, tekstil, pambıq, ipək, ketamika, ədviyyat və opium ilə); Sakit və Hind okeanlarının bu ölkələri ilə ticarəti inhizarlaşdırmışdı.

Şirkətin metropoliyanın liman şəhərlərində (Amsterdam, Rotterdam, Zelandiya, Delf və Horn – Enkhözendə) altı ofisi vardı və 17 tacirdən (direktorlar) ibarət şura tərəfindən idarə olunurdu.

O, 1669-cu i ldə ən iri şəxsi şirkət olmuşdu. Korporasiyanın 150-dən artıq kommersiya, 40 hərbi gəmisi, 50 min əməkdaşı,  10 min əsgərdən ibarət şəxsi ordusu vardı. Şirkət o dövrdə dövlətlərlə yanaşı siyasi mübahisələrə qatılırdı.

Şirkət daim Britaniya imperiyası ilə münaqişədə olurdu. Hollandiyanın bu dövlətə 1780-1784-cü illərdə gedən müharibədə məğlub olması nəticəsində maliyyə çətinlikləri ilə üzləşmişdi və bu çətinliklər nəticəsində şirkət dağılmışdı (ümumi borcu 1796-cı idə 100 mln florindən artıq idi). 

Müflis olmuş “Ost-Hind” şirkəti 1798-ci ildə ləğv edilmişdi.

“Cənub Gəmiləri” şirkəti

Fəaliyyət sahəsi: ticarət

İndiki dövrün pullarına çevirsək şirkətin dəyəri 4 trln dollara müvafiqdir. 

“Cənub dənizləri” - ingilis ticarət şirkəti, maliyyə piramidası idi. Müəssisə 1711-ci ildə Britaniya xəzinədarı Robert Harli tərəfindən təsis edilmişdi.

Səhmdarlara asyento – Cənubi Amerikanın İspaniya hissəsi ilə xüsusi ticarət hüququ vəd edilmişdi.

Şirkət imtiyazların müqabilində Malboro hersoqunun müharibələrinin gedişatında xeyli artan dövlət borcunu ödəyəcəyinə söz vermişdi.

Qeyd edək ki, bu hüquqlar İngiltərənin İspaniya varisliyi uğrunda gedən müharibədə qələbəsinə əsaslanırdı. Faktiki olaraq hüquqlar təsisçinin nəzərdə tutduğu kimi dolğun deyildi.

Şirkət 1717-ci ildə heç bir kommersiya tədbirləri həyata keçirməmişdi, 1718-ci ildə isə Britaniya və İspaniya arasında diplomatik əlaqələr ciddi surətdə korlanmışdı.

1720-ci ilin sentyabr ayında məzənnə kəskin düşməyə başladı. Sentyabrın sonuna isə səhmlərin dəyəri bir ədədə görə 150 funt oldu, sentyabrın 24-də isə şirkətin bankı özünü müflis elan etdi. 

Minlərlə investor müflis olmuşdu ki, onların arasında xeyli məşhur incəsənət, elm, mədəniyyət adamları, aristokratiya nümayəndələri vardı. Onların sıralarında ədəbiyyatçı Conatan Svift və riyaziyyatçı-fizik İssak Nyuton da vardı.

Nyuton şirkətin müflis olması nəticəsində 20 min funtdan artıq itirmişdi və bundan sonra birdirmişdi ki, səma cisimlərinin hərəkətini öncədən hesablaya bilir, lakin kütlənin dəlilik dərəcəsini yox.

1721-ci ildə parlament tərəfindən aparılan araşdırmalar nəticəsində şirkətin direktorları arasında dələduzluq hallarına yol verildiyi aşkar olunmuşdu.
Şirkət restrukturizasiya edilmiş və 1850-ci ildə tam bağlanana qədər fəaliyyət göstərmişdi.

“Standard Oil”

Fəaliyyət sahəsi: kəşfiyyat və neft çıxarılması

İndiki dövrün pullarına çevirsək şirkətin dəyəri 1 trln dollara müvafiqdir. 

“Standard Oil” – neftin çıxarılması, daşınması, emalını həyata keçirən və neft məhsullarının marketinqinin  inhisarını əlinə almış ABŞ neft şirkətidir. 1870-ci ildə 1 mln dollar məbləğində ilkin kapitalla “Rokfeller, Andrüs və Flaqler” firmasının bazasında təsis edilmişdi.

Şirkət Amerikanın neft çıxaran müxtəlif şirkətlərinin birləşdirilməsi hesabına yaradılıb. Dəmiryolu daşınmaları üzərində nəzarət nəticəsində Con Rokfeller qitədə neft çıxarma sahəsində demək olar ki, inhisarçı olmuşdu.

ABŞ hökuməti 1911-ci ildə “Standard Oil”-in inhisarçılığına qarşı mübarizəyə başlayır və bölünməsini tələb edir.

Bundan sonra o, bir neçə kiçik şirkətə parçalanır, lakin onların hər birinin adında S.O. inisialları yerləşdirilir: Ohayoda SOHIO, Nyu-Yorkda SOCONY və sonradan adı Exxon-a dəyişdirilən ESSO. Lakin əslində parçalanma “Standard Oil”-in səhmlərinin qiymətini qaldırdı. 

Rokfeller səhm mülkiyyətinin hüquqi normalarını gözləmək məqsədilə “Standard Oil” şirkətini bir neçə ştatda yaratdı. Bu trast konsepsiyası inhisarçılığın sinoniminə çevrildi.

“Bell System” şirkəti

Fəaliyyət sahəsi: telefon rabitəsi

“Bell System” 1913-cü ildən 1984-cü ildə bağlanana qədər 70 il ərzində ABŞ-ın telekommunikasiya sahəsində ağalıq edib. 

On telefon aparatının doqquzu “Bell System”-in zavodlarında istehsal olunur, onun nümayəndələri tərəfindən quraşdırılır və onun texnikləri tərəfindən xidmət göstərilirdi.

“Bell System” yerli, şəhərlərarası və ölkələrarası telefon rabitəsini təmin edir, eləcə də ölkənin bir tərəfindən digər tərəfinə televiziya siqnallarını da ötürürdü.

O, böyük iqtisadi gücü əlində cəmləyərək, 149,5 mlrd dollar məbləğində aktivi idarə edirdi.

Şirkətdə milyondan artıq əməkdaş çalışırdı. 

“Mississipi Co”

Fəaliyyət sahəsi: ticarət, maliyyə

1717-ci ilin avqustunda Fransada maliyyəçi Con Lonun rəhbərliyi altında Missisipi şirkəti təsis olundu. 

Onun tərəfindən hər biri 500 livr nominallı 200 min səhm buraxılmışdı. Bu maliyyə piramidasının reklam kampaniyası olduqca böyük təsir gücünə malik idi.

Şirkətin idarəçiliyinə Fransanın regenti – Orlean hersoqu da daxil idi. Buna görə də Con Lonun maraqlarının Fransanın yüksək dairələrində lobbiləşməsi təmin olunurdu.

Artıq 1719-cu ilin yazında şirkətin səhmlərinə böyük təlabat vardı və onların qiyməti artmışdı. Onlar nə qədər çox satılırdısa, bir o qədər də çox populyarlaşır, şirkətə böyük dividentlər gətirirdilər. Payızda 500 livr nominallı kağızlar 10 qat bahalaşmışdı. 

1720-ci ildə Con Lo dövlət xəzinəsini  yüz milyonlarla livrlə doldurmaqla sağlamlaşdırdığı üçün Fransanın baş nəzarətçisi oldu. Həmin dövrdə ölkədə sənaye və ticarət çiçəklənirdi. Lakin heç bir ildə keçməmişdi ki, şirkət səhmlərin yüksək məzənnəsini uzun müddətə süni surətdə saxlaya bilməyərək müflis oldu. 

©İnsider

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258