BİZNES

Azexport.az portalı “Amazonla qazan” təliminə başladı
02 NOYABR
152

Azexport.az portalı “Amazonla qazan” təliminə başladı

2018-11-02 16:27:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalı Baku E-Commerce Academy ilə birlikdə “Amazon-la qazan” təlimlərinə start verib.

Azexport portalının rəhbəri Zaur Qardaşov bildirib ki, bu təlim yeni iş və qazanc imkanı axtaranlar üçün əsl fürsətdir. Z.Qardaşovun sözlərinə görə, bu tipli təlimləri uğurla başa vuran insanlar hazırda rəqabətədavamlı sabit gəlir əldə edirlər.

15-dən artıq iştirakçının olduğu təlim kurslarında Amazon portalında qeydiyyat və iş prinsipləri, bazar araşdırması və yüksək satış göstəricilərinə malik məhsulların təyin olunması, Alibaba və digər portallarüzərindən etibarlı təchizatçıların tapılması, məhsulların Amazonun anbarlarına göndərilməsi, məhsulların yerləşdirilməsi və mövcud reklam imkanlarından istifadə, beynəlxalq logistika və gömrük əməliyyatları, beynəlxalq ticarət hüququ və standartlar, texniki tənzimləmə və digər məsələlər öyrədiləcək. Təlimlərdə praktiki satışların həyata keçirilməsi üçün hər bir iştirakçıya Amazon hesabı və ABŞ bank hesabı açılacaq, plastik kartlar təqdim ediləcək. Bütün bu mövzular barədətəlim iştirakçılarınıxarici mütəxəssislər-Amazon portalının e-commers üzrə eksperti Mohamed Es Fin,  Alibaba.com portalının e-commerce üzrə eksperti Gilly Li, İTC-nin ekspertləri Çeyk Tidiane Diop, Budhi Pangestu və Eldar Adilzadə məlumatlandıracaqlar. 

Azexport.az portalının rəhbəri Zaur Qardaşov, meneceri Ayxan Qədəşov, müstəqil ekspertlər Fərid Baratzadə və Nihad Qurbanovun əsas moderatoru olduğu treninq  3 ay müddətində davam edəcək. Təlimin yekunlarına uyğun olaraq, iştirakçılar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sertifikatını əldə edəcəklər. Təlimi uğurla başa vuran iştirakçılar yatırım edərək əldə olunan bilik və bacarıqları müstəqil şəkildə tətbiq etmək, “Baku E- Commerce Academy” komandasına qoşularaq birgə fəaliyyət göstərmək şansı əldə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250