BİZNES

Gömrük ödənişlərindən yayınan şirkətlərin adları açıqlandı
02 NOYABR
114

Gömrük ödənişlərindən yayınan şirkətlərin adları açıqlandı

2018-11-02 12:57:00

İqtisadi təhlükəsizliyin təmin olunması, fiskal siyasətin uğurla həyata keçirilməsi məqsədilə gömrük orqanları bir sıra yeni layihələr, tətbiqlər həyata keçirir. Xüsusilə, son aylarda aparılan islahatlar çərçivəsində maliyyə intizamının gücləndirilməsi, şəffaflığın təmin olunması, korrupsiya hallarının aradan qaldırılması xarici ticarətin asan və sürətli şəkildə həyata keçirməyə imkan verməklə yanaşı, fiskal siyasətin də reallaşdırılmasında mühüm nailiyyətlər əldə olunmasına şərait yaradıb.

Eləcə də bax:Azərbaycan «Doing Business»də nəyə görə irəliləyib? - SİYAHI

Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, gömrük sistemində aparılan bu islahatlar, eyni zamanda sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, vətəndaş məmnuniyyətinin artırılmasına, ticarətin asan, sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə xidmət edir. Mütəmadi olaraq sahibkarlarla keçirilən görüşlərdə, komitənin rəsmi internet səhifəsi və media qurumları vasitəsilə görülən işlər barədə məlumat verilib və gömrük orqanlarının qanuni ticarəti daim dəstəkləyəcəyi, onun inkişafı üçün bütün zəruri addımları atacağı bəyan olunub.

Lakin ölkə iqtisadiyyatının inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, münbit investisiya mühitinin yaradılması, daxili bazarın qorunması, yerli istehsalın inkişafı istiqamətində görülən tədbirlərə etinasız yanaşan bəzi xarici fəaliyyət iştirakçıları qanunvericiliyin tələblərinə əməl etməyərəkidxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışır.

Belə ki, 5 723 manat əlavə ödəniş etməli olan "Kaspian Standart CO" MMC, 7 354 manat əlavə ödəniş etməli olan "Polonia-Karqo" MMC və 2 243 manat əlavə ödəniş etməli olan "Capital-Motors" MMC barəsində toplanmış materiallar Qaradağ Rayon Məhkəməsinə, 34 502 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Azerturk Business Group" MMC, 56 574 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Casamia" MMC, 36 847 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Polonia-Karqo" MMC və 4 274 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Dincer və Carcioğlu" şirkəti barəsində məlumatlar isə DGK-nın Əməliyyat-İstintaq İdarəsinə göndərilib və əlavə ödənişlərin ödənilməsi təmin olunub. "Casamia" MMC tərəfindən 2 dəfə idxal edilən yükə aid invoys sənədi isə, ümumiyyətlə təqdim edilməyib. "İtaldizayn Group" QSC-nin tərkibinə daxil olan şirkətlərin invoys qiymətlərində isə 10 916 avro fərq yarandığı müəyyən olunub.

İdxal etdikləri malları dəyərindən az göstərən hüquqi və fiziki şəxslərin adlarını və onların gömrük ödənişlərindən yayındırmağa çalışdıqları vəsaitlərin məbləğini aşağıdakı cədvəldə aydın görmək mümkündür.

Hüquqi və fiziki şəxslər

Təqdim olunan invoysda qiymət

Orijinal invoysda qiymət

Fərq

Məmmədov Zamiq

20 677 ABŞ dolları

39 600 ABŞ dolları

18 923 ABŞ dolları

"Gold Climate" şirkəti

70 000 ABŞ dolları

180 000 ABŞ dolları

110 000 ABŞ dolları

"Mery Pharma" MMC

10 042 ABŞ dolları

14 400 ABŞ dolları

4 358 ABŞ dolları

"NKM-2015" MMC

16 220 ABŞ dolları

25 391 ABŞ dolları

9 171 ABŞ dolları

"Bermud A.Y.T" şirkəti

22 427 ABŞ dolları

12 355 Avro

204 411 manat

"NKM-2015" MMC

14 860 ABŞ dolları

25 465 ABŞ dolları

10 605 ABŞ dolları

"NKM-2015" MMC

15041 ABŞ dolları

27 822 ABŞ dolları

12 781 ABŞ dolları

"NKM-2015" MMC

24543 ABŞ dolları

44 782 ABŞ dolları

20 239 ABŞ dolları

Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində ayrı-ayrı fiziki və hüquqi şəxslər üzrə verilən sorğulara əsasən, ümumilikdə 552 915 manat məbləğində gömrük dəyərinin düzgün göstərilmədiyi müəyyən edilib, bu da öz növbəsində təxminən 199 049 manat gömrük ödənişindən yayındırılma deməkdir.

“DGK bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə də müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq”, - deyə məlumatda qeyd olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258