BİZNES

75,5%-i SATILDI
02 NOYABR
630

75,5%-i SATILDI

2018-11-02 17:36:00
Türkiyənin "Turkcell" şirkəti, “TOPAZ” brendinin sahibi, Azərbaycanın "Azerinteltek" şirkətindəki payını "Baltech Investment LLC" şirkətinə satıb. Satınalma yekunlaşdıqdan sonra "Baltech Investment LLC"nin "Azerinteltek" şirkətindəki payı 24,5%-dən 75,5%-ə yüksələcəkdir. 

"Turkcell" şikəti "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ"nin kapitalının 55%-nə sahibdir. "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ" isə Azərbaycanda fəaliyyət göstərən "Azerinteltek" şirkətinin 51%-nə sahib idi. 

Eləcə də bax:80 milyon manata mebel istehsal olunacaq

"Şirketimizin 55%-nə ortaq olduğu "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ"nin,  "Azerinteltek"də sahib olduğu 51% və ya 51.000 AZN nominal dəyərində payının hamısının, "Azerinteltek"in 24,5 faiz ilə səhmdarı olan "Baltech Investment LLC"yə 19 milyon 530 min 177 avro müqabilində satışına  qərar verilmişdir", - "Turkcell"dən bildirilib. “Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. “Azərinteltek” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.

©marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258