BİZNES

Dövlət şirkəti 2017-ci il üzrə maliyyə hesabatının auditorunu seçir
02 NOYABR
67

Dövlət şirkəti 2017-ci il üzrə maliyyə hesabatının auditorunu seçir

2018-11-02 11:12:00

“Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC şirkətin 2017-ci il üzrə maliyyə hesabatının Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditinin aparılması üçün auditor seçir.

Seçim açıq tender yolu ilə həyata keçirilir.

Tenderdə iştirak haqqı 150 manatdır.

Eləcə də bax:Fiziki şəxslər üçün 15 manat VERGİ - SƏNƏDLƏŞDİRMƏDƏ

Tender təklifləri dekabrın 24-dək qəbul olunur. Tender proseduru dekabrın 25-də baş tutacaq.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250