BİZNES

Apple şirkətinin A12X Bionic çipi dünyanın ən güclü mobil prosessoru adına laiq görülüb
01 NOYABR
107

Apple şirkətinin A12X Bionic çipi dünyanın ən güclü mobil prosessoru adına laiq görülüb

2018-11-01 17:50:00

Apple iPad Pro (2018) planşetinin təqdimatı zamanı şirkət onun texniki performansına xüsusi diqqət yetirərək yeni planşet modelini oyun konsolu ilə bir səviyyədə tutdu. Mütəxəssislər isə artıq yeni planşet modelini məşhur Geekbench bençmark saytının testlərindən keçirdiblər. Yeni iPad Pro modeli Apple A12 Bionic prosessorunun təkmilləşdirilmiş versiyası olan A12X Bionic ilə təchiz olunub. Versiyalardan asılı olaraq planşet 4/6 GB RAM-a sahibdir. Geekbench bençmark saytında iOS 12.1 əməliyyat sistemi ilə çalışan hər iki versiyanın test nəticələri ortaya çıxıb. Beləliklə 11 inç ekrana və 4 GB RAM-a sahib iPad Pro birnüvəli testdə 4987 xal, çoxnüvəli testdə isə 17928 xal toplayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250