BİZNES

Azərbaycanın ÜDM-i 100 milyard manata yaxınlaşacaq
01 NOYABR
124

Azərbaycanın ÜDM-i 100 milyard manata yaxınlaşacaq

2018-11-01 17:01:00

2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu 76,8 milyard manat təşkil edəcək. Eyni zamanda, qeyri-neft sektorunda real artım 3,9%, neft sektorunda isə 3,1% təşkil edəcək. Bu proqnozu İqtisadiyyat Nazirliyi verib.

Nazirliyin məlumatına görə, qeyri-neft sektorunun ÜDM-nin (61,6% - 2019) neft sektoruna (38,4% - 2019) nisbəti dəyişməz olaraq qalacaq (62,6% - 37,3%).

 Eləcə də bax:nam Kərimov: "Son 15 ildə kənd təsərrüfatı məhsullarının ixrac həcmi 6,3 dəfə artıb"

Eyni zamanda, 2022-ci ildə Azərbaycanın ÜDM-i 100 milyard manata yaxınlaşacaq. Bunun 62 milyard manatdan çoxu qeyri-neft sektorunun payına düşəcək. Müqayisə üçün deyək ki, Dövlət Statistika Komitəsinə görə, 2016-cı ildə ölkənin ÜDM-i 60,4 milyard manat təşkil edib. 

©banco

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259