BİZNES

Gəlir vergisi üzrə güzəştlər necə və kimlərə tətbiq olunacaq? - EKSPERT
01 NOYABR
205

Gəlir vergisi üzrə güzəştlər necə və kimlərə tətbiq olunacaq? - EKSPERT

2018-11-01 16:52:00

"Təklif edilən dəyişikliklərə görə, aylıq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100 faiz, 8 min manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq ediləcək".

Fins.az  xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov 2019-cu il dövlət büdcə zərfində öz əksini tapan gəlir vergisi ilə bağlı rəsmi "facebook" hesabında yazıb.

İqtisadçı-ekspert Vüqar Bayramov

Güzəştlər 7 il müddətində qüvvədə olacaq. Bu o deməkdir ki, 8 min manatadək əmək haqqı alanlar, yəni işləyən vətəndaşlarımızın böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək. Bununla belə, sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir. Bu o deməkdir ki, işçi gəlir vergisindən azad edilsə də sosial vergi ödəyəcək. İlkin məlumatlara görə, sosial ödəniş faizi hazırki gəlir vergisi dərəcəsindən az olacaq amma onun ikirəqəmli olacağı gözlənilir. Güzəştlər qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlara şamil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258