BİZNES

"Yaşlı qurd"dan təəccübləndirən satınalamalar
01 NOYABR
193

"Yaşlı qurd"dan təəccübləndirən satınalamalar

2018-11-01 11:08:00

Son dövrlər "fintech"lər gənc sahibkarların olduğu qədər "yaşlı qurd"ların da diqqətini çəkməyə başlayıb. "Fintech"lərə investisiya "karvanına" qoşulan son ad isə dünyanın ən varlı üçüncü adamı kimi tanınan amerikalı məşhur investor Uorren Buffet oldu.

Fins.az xəbər verir ki, Buffetın sahibi olduğu "Berkshire Hathaway", inkişaf etməkdə olan bazarlarda fəaliyyət göstərən iki fərqli "fintech" şirkətinə cəmi 600 milyon dollar sərmayə qoyub. "Berkshire Hathaway"in ilin əvvəlində 2018-ci il ərzində satınalmalar üçün 116 milyard dollar investisiya büdcəsi ayırdığını açıqlamışdı. Məşhur investor Buffettın şəxsi sərvəti isə "Bloomberg Milyarder"lər indeksinə görə 87 milyard dollardır.

HİNDİSTAN VƏ BRAZİLİYAYA FİNTECH-LƏRİNƏ İNVESTİSİYA YATIRILIB

Müxtəlif mənbələrə görə, "Berkshire", Hindistanın ən böyük mobil ödəmə xidməti olan "Paytm"in ana şirkətindən təxminən 300 milyon dollarlıq səhm satın alıb. "Berkshire"ın etdiyi digər investisiyanı isə həcm baxımından Braziliyanın ən böyük dördüncü ödəmə əməliyyatçısı olan "StoneCo"ya yatırdığı bildirilir.

Bu ana qədər, Coca-Cola başda olmaqla köklü şirkətlərə investisiya qoyan "Berkshire"ın atdığı bu addımları analitikləri təəccübləndirib. Çünki, Buffett, bir müddət əvvəlki açıqlamalarında texnologiya sahəsində investisiyalardan o qədər də anlamadığını demişdi. 

"Berkshire"ın investisiya etdiyi "StoneCo" və "Paytm" adlı şirkətlər, yerli bazarlarında çox mühüm yer tuturlar.

©marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255