BİZNES

Azərbaycanlı gənc xanımı Niderlandda 1800 nəfər ayaq üstə alqışladı
31 OKTYABR
428

Azərbaycanlı gənc xanımı Niderlandda 1800 nəfər ayaq üstə alqışladı

2018-10-31 15:06:00

"Sosial məsuliyyət" yalnız gözəl söz birləşməsi deyil. Keçən həftə bir gənc azərbaycanlı xanım öz nümunəsiylə bunu bütün dünyaya göstərdi. 17-20 oktyabr tarixlərində Haaqa şəhərində keçirilən One Young World sammitində çıxış edən WoWoman platformasının təsisçisi Zara Hüseynova sammitin ilk Azərbaycanlı spikeri oldu.

Niderland kraliçası, Nobel mükafatçısı Tawakkol Karman, professor Muhammed Yunus, Twitterin co-founderi, Unilever şirkətin CEO-su Paul Polman, Sir Bob Geldof, Haaqa şəhərin icra başçısı Pauline Krikke, Rossana Burgos (Eh Bee Family lahiyəsi) və bizim Zara 1800-dən çox sammit iştirakçısının qarşısında çıxış edərək sülh və ədalətin qüvvəsi haqqında danışdılar.

Təhsil Panelində ayaqüstə alqışlanan yeganə iştirakçı Zara, Azərbaycan qadınların qarşılaşdığı çətinliklərindən, onların həllindən, cəmiyyətə təsirindən söz etdi və Azərbaycanın şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olduğunu vurğuladı. Onun çıxışını burdan izləyə və paylaşa bilərsiniz: https://www.facebook.com/wowoman.org/videos/1852035024909727/

Zara, 2014-cü ildə qadınlara dəstək olmaq, ilhamlandırmaq, cəsarətləndirmək üçün WoWoman təhsil platformasını yaratmışdır, hansı ki qadınlara özlərini ifadə etmək üçün məkan yaradır, xəyallara doğru gedən yolda xanımları istiqamətləndirməyə çalışır, artıq 7000 qadın WoWoman-ın şəxsi universal bacarıqlar inkişafı, sahibkarlıq, kodlaşdırma, dizayn kimi təhsil proqramlarının iştirakçısı olublar. Həmyerlimiz WoWoman-ın və bütün qadınların hekayəsini dünyaya çatdırmağa çalışdı.

Eləcə də bax:Bakıda bu restoranların fəaliyyəti dayandı

One Young World 2009-cu ildə Böyük Britaniyada David Jones və Kate Robertson tərəfindən yaradılmış qlobal qeyri-kommersiya qurumudur. Bu cəmiyyətin məqsədi 193 ölkədən olan gənc liderlərini, yeni nəslin ən parlaq və ən qabiliyyətli nümayəndələrini bir araya gətirərək dünyada aktual olan problemlərin həll yolunu tapmaqdır. Hal hazırda 14,6 million üzvü olan qurum dünyanın 500-dən çox təşkilatı ilə əməkdaşlıq edir. Keçmiş sammitlərin nümayəndələri arasında Justin Trudeau, Emma Watson, Archbishop Emeritus Desmond Tutu, Kofi Annan, Sir Richard Branson, Meghan Markle, Ceymi Oliver kimi dünya liderlərinin adlarını qeyd etmək olar.

Qeyd etmək istərdik ki, WoWoman bu il 6000-dən çox müraciətin içində Facebook-un top 100 cəmiyyəti siyasına daxil edildi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258