BİZNES

Azərbaycanda şirkətlər necə inkişaf edə bilər?
30 OKTYABR
147

Azərbaycanda şirkətlər necə inkişaf edə bilər?

2018-10-30 11:59:00

Azərbaycan höküməti qabaqcıl texnologiyanın istifadəsini təşviq edir.

Bunu “Bilik iqtisadiyyatı – Azərbaycanın İnnovasiya Yol Xəritəsi layihəsi”nin müəllifi Edvard Roşeeyniadlı tədbirdə çıxışı zamanı bildirib.

Eləcə də bax:“2019-cu ildən hüquqi şəxslərin vergi yükü artacaq”

E.Roşenin sözlərinə görə, hökumət innovasiyanı stimullaşdıra bilər. O, bunun üçün Azərbaycan hökumətinin hansı mexanizmlərdən, alətlərdən istifadə edə biləcəyini də açıqlayıb.

“İlk alət maliyyə, risklərin bölüşüdürülməsidir. Azərbaycan səmərəli vergitutma baxımından yüksək reytinqə malikdir. Bu sahədə olan alətlərdən istifadə etməklə kreditlərin təminatı aparıla bilər, hökumət xidmətləri ala bilər və beləliklə şirkətlərin inkişaf etdirilməsinə kömək edə bilər. Eləcə də faizləri subsidiyalaşdıra bilər. Digər məsələ isə İKT satınalınmalarının kordinasiyasının aparılmasıdır. İdxalın əvəz edilməsi ilə bunu etmək mümkündür və beləliklə siz öz resurslarınızı hazırlayırsınız. Yəni xarici resursları kənarda saxlayırsız, öz resurslarınızı yaradırsınız”, – deyə E.Roşen əlavə edib.

Ekspert bildirib ki, kapitalın formalaşdırılması üçün birbaşa şirkətlərə investisiya qoymaqdansa onlara özünün kapital yığmasına şərait yaradılmalıdır: “Bu zaman onlar inkişaf edəcəklər. Eləcə də tövsiyə olunur ki, şirkətlər üzrə deyil, ölkə üzrə icraedici mütəxəssis olsun. Ölkə üzrə olsun ki, bütün bu məsələlərin kordinasiya işini aparsın. Beləliklə iqtisadiyyatın inkişafı, məlumatlardan istifadə edilməsi, xərclərin azaldılması, standartlaşmanın aparılması, serverlərlərdən daha yaxşı istifadə, daha yaxşı təhlükəsizlik, xidmətlərin daha yaxşı təminatı həm hökumət, həm də qeyri-hökümət təşkilatları üçün informasiya texnologiyaları sahəsində xidmətlərin göstərilməsinə yardım edə bilər. Beləliklə Azərbaycanda İKT sahəsində olan xaotik satınalmaların qarşısı alına bilər. İnsan resursları və təlimlənmələrə gəlincə, biz təhsil sistemini “MOOCs” sistemi vasitəsilə yenilənməsini tövsiyə etmişik. Eləcə də, infrastrukturun yaradılması, məlumat-telekomunikasiya sistemlərinin yaradılmasını müzakirə etmişik”.

©Finans

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255