BİZNES

Sahibkarlar dinlənildi
30 OKTYABR
126

Sahibkarlar dinlənildi

2018-10-30 10:18:00

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AMTA) və Agrovita şirkətinin birgə təşkilatçılığı ilə sahibkarların növbəti görüşü təşkil edilib.

Fins.az xəbər verir ki, görüş zamanı AMTA-sədri Bəşir Quliyev Assosiasiyasının fəaliyyəti haqqında yenilikləri iştirakçıların diqqətinə çatdırıb və ixrac mövsümü ilə bağlı aktual olan məsələlər haqqında geniş müzakirələr aparılıb.

Tədbirdə AMTA-ya üzv olmaq istəyən sahibkarların sualları cavablandırılaraq üzvlük prosesi ətraflı şəkildə izah olunub.

 Eləcə də bax:“2019-cu ildən hüquqi şəxslərin vergi yükü artacaq”

Daha sonra çıxış edən Rusiyanın Buyskiy Kimya Zavodunun ekspertləri sahibkarlara  aqrar sahədə tətbiq olunan son yeniliklər haqqında ətraflı məlumat verərək istehsal etdikləri gübrə və bitki bəsləmə  məhsullarının tərkibi və istifadə təlimatlarını tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Zavodun məhsulları haqqında olan video çarx nümayiş etdirildikdən sonra sahibkarların sualları cavanlandırılıb.

Buyskiy Kimya Zavodunun aqrar sahədə tətbiq olunan gübrə və bitki bəsləmə məhsulları ilə bağlı  ərtaflı məlumat əldə etmək istəyən sahibkarlar  zavodun ölkəmizdəki rəsmi nümayəndəliyi Agrovita şirkətindən əldə edə bilərlər.

“Agrovita” MMC şirkəti ölkəmizdə kənd təsərrüfatının inkişaf strategiyasına dəstək olmaq məqsədilə 2015-ci ildə fəaliyyətə başlayıb. Şirkət “Monsanto”(Seminis) toxumlarının, “Koppert” bioloji mübarizə vasitələrinin, gübrə, pestisit və istixana ləvazimatlarının satışı ilə məşğuldur. Bununla yanaşı, istixanalar və açıq ərizələr üçün tərəvəz şitillərinin yetişdirilməsini təşkil edir.

 





 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259