BİZNES

“Influencer marketing”in satışa təsiri nədir?
29 OKTYABR
87

“Influencer marketing”in satışa təsiri nədir?

2018-10-29 15:37:00

CMN Konsaltinq şirkətinin tərkibində fəaliyyət göstərən, "BrandStore" markasının və "Brand-Store.com"un təsisçisi Fulya Çimen ilə "ınfluencer marketing" ətrafında baş tutan söhbətlərini təqdim edirik.

- Influencerlər və ınfluencer marketing parıldayan hava şarıdır, yoxsa doğrudan da bunun satışa təsiri mövcuddur?

Düşünürəm ki, bu sahəyə təxmin və ehtimallar ilə yanaşmaq düzgün deyil. Əgər markalar proqnozlaşdırılan datalar ilə, məntiqli şəkildə ınfluencerlər ilə əməkdaşlıq edərsə, qoyduqları büdcənin geri dönüşünü alacaqlar. Təsəvvür edin, bu gün həyatımızda "Facebook", "Twitter", "Instagram", "YouTube" və s. platformalar var. Bəlkə də, bu gün belə həyatımıza adını belə bilmədiyimiz yeni bir platforma daxil ola bilər. Əlbəttə, vacib olan platforma deyil, davamlı olana investisiya etməkdir.

- Influencer marketinq nədir? Konkret necə bir nəticəsini alırsınız?

 Eləcə də bax:Məşhur şirkət müflis olur

Milli.Az facemark.az-a istinadən bildirir ki, marketinqdə müştəri və istifadəçini məhsulun yaxşı olduğuna inandırmaq və satışa yönləndirmək, hətta bəzən ehtiyacı olmayan məhsulu belə satırdırmaqda psixoloji təsirlər böyük rol oynayır. Bunu da bütün marketinq mütəxəssisləri yaxşı bilirlər. Marka sədaqəti və məhsulu almaq istəyi ürəklə başlayır. Televiziya və rəqəmsal reklamlar beyinə, amma ınfluener marketinq isə ürəyə xitab edir.

Adıçəkilən maketinq növü sosial mediada təsir gücünə sahib insanların köməyi ilə məhsulu tanıtmaq və satışınızı artırmağa xidmət edir. Bu-etibarlı birini marka sözcüsü etmək, marketinqdə ənənəvi üsullardan biridir. Məsələn, TV reklamlarında məşhur aktyordan faydalanmaq kimi. Bu gün bazarda isə bunu ınfluencerlər ilə edirlər. Amma ınfluencerlər əlçatan, "bizdən biri" olduğuna görə, onların satışa da təsiri yüksək olur. WOM (Word of Mouth) adlandırdığımız ağızdan-ağıza marketinqin, yəni sadəcə reklam afişalarında görərək "əlçatmaz" olan birinin deyil, özümüzdən biri olaraq görüb duyğu əlaqəsi qurduğumuz insan - "tanış"-tərəfindən tövsiyə edilməsinin rəqəmsal halıdır.

- Influencerin təsiri necə ölüçülür?

Son illərin ən populyar işləri sırasına bloggerlik, ınfluencerlər daxil olub. Instagramın da bu işin populyarlaşmasında rolu danılmazdır. Markalar sosial mediada təsiri olan insanların layk və izləyici sayını gördükdən sonra "başları fırlandı". Amma sonra başa düşdükər ki, əslində bu rəqəmlər, əvvəllər olduğu kimi heç də saf rəqəmlər deyil. Artıq izləyici sayı, layk, şərhi belə almaq mümkündür. Şərh və laykın çox olması Instagram alqoritmində engegement ve reach-i artırdığına görə, bu rəqəmlərin də həqiqət payı azalır. Markaların ınfluencerlərdən istəyi təkcə, brandinqə təsiri deyil. Influencerə ödənilən məbləğin geridönüş kimi şirkətin dövriyyə və satış payında əks olunmasıdır. Biz izləyici və layk sayına aldanmadan, ınfluencerin satışa sövq edə bilmə gücünü ölüb, hesabat şəkilində hazırlayırıq. Əlbəttə, bu prosesi davamlı olaraq, 3,5-4 ildir ki, edirik. Artıq bazarda bilirik ki, hansı ınfluencerin satışa təsiri necə olacaq. Məsələn, hansı platformada, hansı növ paylaşmada, hansı məhsul qrupunda, hansı qiymət aralığında və s. Bizim təcrübəmizə olub ki, 500 000 izləyicisi olan ınfluencer, bəzən 50 000 izləyicisi olan ınfluencerin etdiyi satışı edə bilmir. Burada izləyici sayının çox olması deyil, kim olduğu, kimi hansı məqsədlə izlədiyi önə çıxır.

- Satış edə bilməyən ınfluencerin izləyici sayı saxtadırmı?

100% deyil. Bunun bir çox səbəbi ola bilər. Bəzən insanlar bir insanı sadəcə bəyəndiyi, fotolarını, həyat tərzini sevdiyi üçün izləyə bilir. Amma bu o demək deyil ki, onlar həmin ınfluencerin məsləhətinə qulaq asırlar, alışa yönəlirlər. Həm də ınfluencerin izləyici kateqoriyası kimlərdən ibarətdir?! Satın alma qərarı verə biləcək yaşdadır? markalar ınfluencer ilə əməkdaşlıqdan öncə, bu suallara cavab tapmalıdırlar.

- "Influencer marketing" markaya neçəyə başa gəlir?

Maliyyə ınfluencerin kim olmasına, layihəyə, platformaya, layihə müddətinə, paylaşım forması, tezliyinə görə dəyişir. Yəni, hər layihəyə görə xüsusi qiymətlər təklif edirik. Çünki, ınfluencerlər ilə əməkdaşlıq üçün yüksək xərci olan layihələr ilə yanaşı, orta büdcəli layihələrimiz də olur.

- Influencerlərə məsuliyyət yükləyirsiniz?

Əlbəttə, bu da bir işdir. Markaların heç bir gözləntisi olmadan pul verəcəyini gözləmək axmaqlıq olardı. Ya da məsuliyyət almadan, paylaşdım bitti yanaşması olmamalıdır. Bu iki tərəfin əməkdaşlığıdır, ona görə də hər iki tərəf məsuliyyətini çox yaxşı başa düşməlidir. Həmçinin bir sıra insan ınfluencerlərin gördükləri işi çox asan qəbul edir. Bir qrup insana görə, onlar sadəcə çoxlu gəzir, qəşəng geyinir, bahalı restoranlarda yemək yeyirlər və foto çəkdirirlər. İşlərini ağlayaraq deyil, sevərək görürlər, qarşılığında isə pul qazanırlar.

Məncə, hər işin çətinlikləri olur. Sırf fiziki gücdən istifadə olunmur və ağlayaraq edilmir deyə bunu az dəyərli iş kimi qəbul etmək, düşünürəm düzgün yanaşma deyil. Bu gün Instagramda foto paylaşmayan insan varmı?! Niyə markalar bizim deyil də, onların arxasıyca qaçır?! Bu suallara cavab haqqında düşünmüsünüzmü? Deməli, ortada iş, bacarıq var.

©milli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250