BİZNES

Miqrasiya Xidməti və “Caspian European Club” birgə biznes forum keçirəcək
26 OKTYABR
141

Miqrasiya Xidməti və “Caspian European Club” birgə biznes forum keçirəcək

2018-10-26 15:09:00
Noyabrın 20-də Azərbaycanın Dövlət Miqrasiya Xidməti (DMX) və “Caspian European Club” birgə biznes forum təşkil edəcək. Biznes foruma DMX-nin rəisi Vüsal Hüseynov sədrlik edəcək. Bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
 
Görüş iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən şirkətlərin xahişi və “Caspian European Club”un sahə klublarının iclasları çərçivəsində səsləndirilmiş təklif və məsələlərin müzakirəsi zamanı irəli sürülmüş təşəbbüs nəticəsində təşkil olunur.
Biznes forumda “Caspian European Club”un şirkət rəhbərlərinin miqrasiya siyasəti ilə bağlı təklif və təşəbbüsləri müzakirə ediləcək. Forum çərçivəsində, həmçinin biznesmenlərə onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.
“Öz tərəfimizdən qeyd etmək istəyirəm ki, Dövlət Miqrasiya Xidməti və şəxsən Vüsal Hüseynov biznes-hökumət dialoqunda fəal iştirak edir, şirkətlərin bütün xahiş və təkliflərinə dərhal münasibət bildirir. Ümid edirəm ki, bu formatda əməkdaşlıq gələcəkdə də davam edəcək”, - deyə Telman Əliyev söyləyib.
 
Biznes-forumda http://caspianenergy.org/index.php/az/registration/item/350-business-forum-20-11-2018 linki üzrə “Caspian European Club”un saytında qeydiyyatdan keçmiş şirkətlər iştirak edəcəklər.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb.
 
 
2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Hər iki təşkilat 2 il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”un, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü hesab olunurlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259