BİZNES

Ötən il dünyada milyarderlərin sayı 199 nəfər artıb
26 OKTYABR
97

Ötən il dünyada milyarderlərin sayı 199 nəfər artıb

2018-10-26 14:22:00

2017-ci ildə dünyada milyarderlərin sayı 199 nəfər artıb.

Fins.az-ın xəbərə görə, bu barədə “UBS Group AG” holdinqinin hesabatında qeyd olunub. 

Məlumata əsasən, dünyada milyarderlərin sərvəti il ərzində 19% artaraq 8,9 trln. ABŞ dollarına çatıb. 

Yeni milyarderlərin 1/3-i sərvətlərini innovasiyalar sahəsində qazanıb. Həmçinin onların əksəriyyəti bizneslərinin Asiya-Sakit Okean regionunda genişlənməsi ilə varlanıblar. 

Eləcə də bax:50 faiz insanlar iş yerlərini itirəcklər - SƏBƏB

199 yeni milyarderdən 55-i Çində qeydə alınıb. Onların sərvəti 1,12 trln. dollar dəyərləndirilir. Hesabata əsasən, hazırda Asiyada milyarderlər ABŞ-dan daha çoxdur.

Məlumatda qeyd olunur ki, 2016-cı ildən etibarən Çində kapitalı 1 mlrd. dolları keçən 50 şirkət, ABŞ-da isə bu müddətdə 62 belə şirkət yaradılıb. 

©report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255