BİZNES

Həm kassa, həm POS, həm də ödəniş terminalıdır - AZƏRBAYCANA GƏTİRİLDİ
26 OKTYABR
553

Həm kassa, həm POS, həm də ödəniş terminalıdır - AZƏRBAYCANA GƏTİRİLDİ

2018-10-26 16:37:00

Vergilər Nazirliyi gələn ildən onlayn kassa sistemini tətbiq etməyi planlaşdırır. Mağazaların, restoranların bütün satış əməliyyatlar ani anda Vergilər Nazirliyinin sistemində əks olunacaqdır.

Belə ki, ticarət və xidmət obyektlərində malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatının təkmilləşdirilməsi üçün vergi orqanlarının elektron informasiya sisteminə inteqrasiya edilməyə imkan verən yeni nəsil nəzarət kassa-aparatlarının quraşdırılması planlaşdırılır.

Fins.az xəbər verir ki, Yeni onlayn sisteminə keçdikdə mövcud kassa aparatlarının qalıb-qalmayacağı dəqiq bilinmir. Ehtimal olunur ki, ticarət və xidmət obyektlərindəki mövcud kassa aparatlarına xüsusi qurğular əlavə olunacaqdır. Bu qurğu kassa aparatlarının onlayn rejimdə Vergilər Nazirliyinin sisteminə bağlanmasını təmin edəcəkdir.

Eləcə də bax:Macarıstan şirkəti Azərbaycanda tərəfdaş axtarır

İkinci bir variant vergi orqanlarının elektron informasiya sisteminə inteqrasiya edilməyə imkan verən yeni nəsil kassa aparatının əldə edilməsi ola bilər. Bu halda obyekt sahibləri onlayn kassa aparatı əldə etməli olacaqlar.

Hazırda sahibkarlar üçün təklif olunan yeni nəsil onlayn-kassalardan biri “AzurPos”dur.  Avadanlıqları Çinə, proqram təminatı isə ruslara məxsus olan bu qurğu kassa aparatı olmaqla bərabər, həm POS-terminal, həm də ödəniş terminalıdır. Aparat  MasterCard və Visa-nın təmassız kartlar daxil ən son ödəmə texnologiyalarını dəstəkləyir (Ətraflı: http://azurpos.ru/).

AYRL- AYRI HƏM KASSA, HƏM POS – TERMİNAL ALMAĞA EHTİYAC YOXDUR

“AzurPos”un Azərbaycandakı distribütor şirkətinin nümayəndəsi İlqar Tağıyev “Marja”ya bildirdi ki, təklif etdikləri yeni nəsil aparat 3 funksiyanı özündə birləşdirir: ““AzurPos” həm kassa aparatı, həm POS , həm də ödəniş terminalıdır. Qısası, kassa, POS və ödəniş terminalı bir aparatdadır. Ayrı-ayrılıqda kassa aparatı və POS terminal almağa ehtiyac yoxdur. "AzurPos" ilə nağd, ödəniş kartlarının bütün növlərilə qeyri-nağd və NFC yolu ilə ödəniş mümkündür”.

“AZURPOS” İLƏ ƏLAVƏ QAZANC

İlqar Tağıyev əlavə etdi ki, "AzurPos" həm də “Milli Ön”, “e-Manat” kimi ödəniş terminallarının kiçik versiyasıdır: “Bu aparat vasitəsilə mobil, kommunal xidmətlərin haqlarını, kredit borclarını və s.ödəmək olar. Mağaza sahibi  "AzurPos" ilə kommunal və digər xidmətlərin haqqının ödənilməsini təşkil etməklə pul qazana bilər.  Biz “e-Manat” ilə əməkdaşlıq qurmağı planlaşdırırq. Yəni, bizim aparat  “e-Manat” ödəniş terminallarının funksiyalarına malik olacaqdır. Mağazalar bu aparat vasitəsilə ödənişlər qəbul edib, “e-Manat”dan öz faizlərini ala biləcəklər. Bu da əlavə qazanc deməkdir”.

İSTƏDİYİN YERƏ ÖZÜNLƏ APAR

SİM kart ilə mobil şəbəkəyə bağlanan "AzurPos"  “Android” əməliyyat sistemi ilə çalışır və böyük bir mobil telefon ölçüsündədir: “ Mobildir, istənilən yerə daşımaq asandır. Ödənişi qəul edib, dərhal çeki təqdim etmək mümkündür. Qurğu,  satışlar, balans haqqında mini hesabatlar da çıxarda bilir.

QİYMƏTİ

"AzurPos" həm də qiymət baxımından sərfəlidir:  “Aparatın qiyməti təxminən 600 manat civarında olacaqdır.  "AzurPos” un 3 aparatın funksiyalarına malik olduğunu nəzərə alsaq bu qiymət aşağıdır”.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257