BİZNES

Ən varlı Çinli o oldu - Reytinq
25 OKTYABR
105

Ən varlı Çinli o oldu - Reytinq

2018-10-25 14:15:00

“Forbes” jurnalının bu gün dərc olunan "Çinin 400 ən varlı adamı" reytinqinə əsasən “Alibaba”ın başçısı və yaradıcısı Cek Ma Çinin ən varlı adamı olub.

Fins.az  xəbər verir ki, nəşrin məlumataına əsasən onun sərvəti 34,6 milyard ABŞ dolları təşkil edib.

İkinci yerdə 32,8 milyard dollarla “Tencent” telekommunikasiya korporasiyasının rəhbəri Ma Xuaten qərarlaşıb. İlk üçlüyü isə 30,8 milyard dollarlıq sərvətlə “Evergrande” developer şirkətinin başçısı Syu Tzyain tamamlayır.

“Forbes”ın məlumatına əsasən hər üç milyarderin sərvəti bu il ərzində azalıb. Belə ki ötən ilə nisbətən Cek Ma $4 milyard, Ma Xuan $6,2 milyard, “Evergrande” rəhbəri isə $11,7 milyard kasıblayıb.

 Eləcə də bax:Brendə sima seçərkən nələrə diqqət etmək lazımdır?

©Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258