BİZNES

Saç kreminin içindən heroin və metamfetamin çıxdı - GÖMRÜKDƏ
25 OKTYABR
121

Saç kreminin içindən heroin və metamfetamin çıxdı - GÖMRÜKDƏ

2018-10-25 13:15:00

Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb. 

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus sellofan torbada gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.

Lakin həmin şəxsin əl yükünün yoxlanması zamanı sellofan torbadakı müxtəlif ərzaq və şirniyyatın yanında, saç kremi qutusunun içərisində kremə qarışmış və gömrük nəzarətindən gizlədilmiş halda 2 ədəd büküm aşkarlanıb.

Həmin bükümlərdə isə xalis çəkisi 100,565 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 10,050 qram olan xırda kristal şəklində psixotrop maddə - metamfetamin aşkar edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251