BİZNES

8-ci Beynəlxalq Caspian Energy Forum Kvemo Kartli-yə qeydiyyat başlayıb
24 OKTYABR
81

8-ci Beynəlxalq Caspian Energy Forum Kvemo Kartli-yə qeydiyyat başlayıb

2018-10-24 12:14:00

2018-ci il noyabrın 14-15-də Tbilisidə keçiriləcək 8-ci Beynəlxalq Caspian Energy Forum Kvemo Kartli-yə qeydiyyat başlayıb. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Forum Kvemo Kartli regionunun Qubernatorunun, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin və Caspian European Club-un dəstəyilə keçiriləcək. Təşkilatçı Caspian Energy Georgia şirkətidir.

Caspian Energy Forum Kvemo Kartli-də sıralarında Gürcüstan və Azərbaycanın dövlət qurumlarının rəhbərlərinin, Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin, həmçinin nəhəng beynəlxalq şirkətlərin və maliyyə institutlarının başçılarının yer aldığı 100-dən artıq deleqat iştirak edəcək.

Proqrama əsasən, tədbirin ilk günündə Gürcüstan Hökumətinin üzvlərinin və biznesmenlərin iştirakı ilə plenar sessiya keçiriləcək. İkinci gün sahibkarları regionun investisiya imkanları və artıq fəaliyyətdə olan müəssisələr ilə tanış etmək məqsədilə Kvemo Kartli regionu üzrə tur təşkil olunacaq. Caspian Energy Forum Kvemo Kartli-nin əsas mövzusu kənd təsərrüfatı, qida və içki məhsullarının istehsalı, turizm və iqtisadiyyatın digər sahələrini əhatə edir.

Tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün kofe-breyk, işgüzar nahar və region üzrə tur zamanı  əlavə imkanlar nəzərdə tutulub. Qeydiyyat keçmək üçün aşağıdakı linkə daxil olmaq lazımdır: http://caspianenergyforum.com/kvemokartli/index.php/az/

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Caspian European Club-un əsasını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qoyub

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258