BİZNES

Kartla ödəniş daha sərfəli olacaq – VERGİDƏ YENİLİK
24 OKTYABR
222

Kartla ödəniş daha sərfəli olacaq – VERGİDƏ YENİLİK

2018-10-24 10:33:00
Azərbaycanda vergi sahəsində tətbiq edilməsi gözlənilən maraqlı yeniliklərdən biri nağdsız, yəni kartla ödənişlərlə bağlıdır. Fins.az xəbər verir ki, bu yeniliklər hökumətin açıqladığı 2019-cu ilin dövlət büdcəsi və büdcə-vergi siyasətinin əsas istiqamətlərində nəzərdə tutulur. Yeniliyə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması üçün pərakəndə ticarət və ictimai iaşədə (restoranlarda) nağdsız ödənişlər üzrə (POS-terminal vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri veriləcək. Yəni kartla ödənilən məbləğdən daha az vergi tutulacaq. 

Eləcə də bax:Bəzi vergi ödəyicilərinə gəlir vergisi üzrə güzəştlər ediləcək

Bundan başqa, pərakəndə ticarətdə nağdsız qaydada alınan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) müəyyən hissəsinin müştərilərə geri qaytarılması nəzərdə tutulur.

Burada məqsəd real dövriyyənin müəyyən olunmasıdır, amma bu yenilik neft və qaz məhsulllarının (məsələn, benzinin və ya təbii qazın) satışlarına aid olmayacaq.

 FED

 
 
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258