BİZNES

Dünya Ticarət Mərkəzləri Assosiasiyası (WTCA) və Azexport arasında ANLAŞMA
23 OKTYABR
96

Dünya Ticarət Mərkəzləri Assosiasiyası (WTCA) və Azexport arasında ANLAŞMA

2018-10-23 09:55:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Ticarət Mərkəzləri Assosiasiyasının (WTCA) Hindistan üzrə nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı İİTKM-in Azexport portalının rəhbəri Zaur Qardaşov Azərbaycanda son illər ərzində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, ölkələr arasında təməli uzun illər öncə qoyulan münasibətlər getdikcə yüksələn xətt üzrə inkişaf edir. Z. Qardaşovun sözlərinə görə, TRASEKA və Şimal-Cənub nəqliyyat dəhlizi kimi regional layihələr çərçivəsində sıx əməkdaşlıq edir və çoxsahəli əlaqələrin inkişaf etdirilməsi üçün münbit zəmin vardır.

Dünya Ticarət Mərkəzləri Assosasiyasının (WTCA) Hindistan nümayəndəliyinin vitse prezidenti Someş Batra səfərdə olduğu müddət Azərbaycanla bağlı müsbət təəssürat əldə etdiyini bildirib. 

Eləcə də bax:Gilan Holding” 3 Beynəlxalq Biznes Mükafatına layiq görüldü

Görüşdə həmçinin WTCA-nın Hindistan şəbəkəsi üzərindən Azərbaycandan ixrac imkanları müzakirə edilib.

Görüşün sonunda Dünya Ticarət Mərkəzləri Assosiasiyası (WTCA) və Azexport arasında anlaşma memorandumu imzalanıb.

banco

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258