BİZNES

Dövlət şirkətində 37 milyon manat zərər
23 OKTYABR
137

Dövlət şirkətində 37 milyon manat zərər

2018-10-23 09:15:00

Təmiz Şəhər” ASC 2017-ci ili üzrə bütün maliyyə hesabatlarını açıqlamayıb.

Fins.az xəbər verir ki, “Mənfəət və zərər” hesabatı daxil bir neçə hesabatını gizlədən ASC yalnız "Balans hesabatı"nı saytında yerləşdirib.

"Balans hesabatı"ndan məlum olur ki, “Təmiz Şəhər” ASC 2017-ci ili 36 milyon 997 min manat xalis zərər ilə başa vurub. Bu, 2016-cı ilin zərəri ilə müqayisədə 42,2% azdır. ASC 2016-cı ili 52 milyon 618 min manat xalis zərər ilə bağlamışdı.

2017-ci ilin zərər ilə “Təmiz Şəhər”in yığılmış zərəri 161 milyon 394 min manata yüksəlib.

“Təmiz Şəhər”in zərəri investisiyalar ilə bağlıdır. 

Ötən ilin sonunda  “Təmiz Şəhər”ə xalis dövlət investisiyaları 182 milyon 203 milyon manata, digər investisiyalar isə 58 milyon 91 min manata çatıb.

Eləcə də bax: 10000 manatadək cərimə XƏBƏRDARLIĞI

Ötən il, “Təmiz Şəhər” ASC-nin aktivləri azalaraq 2016-cı ilin sonundakı 102 milyon 188 min manatdan 88 milyon 779 min manata düşüb.

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Bakının ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir.

marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258