BİZNES

Dünyanın 22 ölkəsindən 301 şirkəti Bakıya gəlir
22 OKTYABR
133

Dünyanın 22 ölkəsindən 301 şirkəti Bakıya gəlir

2018-10-22 13:19:00

XXIV Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2018” sərgisində dünyanın 22 ölkəsindən 301 şirkət iştirak edəcək.

Fins.az xəbər verir ki, bu məlumatı sərginin təşkilatçısı "ITE Group " şirkətinin icraçı direktoru Edvard Stroon oktyabrın 22-də XXIV Azərbaycan Beynəlxalq inşaat sərgisi və XI Beynəlxalq istilik, havalandırma, kondisionerləşdirilmə, su təchizatı, santexnika və üzgüçülük hovuzu sərgilərinə həsr olunan mətbuat konfransında deyib.

Edvard Stroon vurğulayıb ki, builki sərgidə də milli qruplar təmsil olunur. Sevindirici haldır ki, sərgidə iştirak edən şirkətlərin 40 faizini yerli şirkətlər təşkil edir. Qeyd olunub ki, sözügedən sərgidə inşaat materiallarının çeşidlərində də artım müşahidə olunub.

Həmçinin nəzərə çatdırılıb ki, sərgi İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Memarlar İttifaqı və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən dəstəklənir.

Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250