BİZNES

Maliyyə müəssisələrinin sayı AÇIQLANDI
19 OKTYABR
104

Maliyyə müəssisələrinin sayı AÇIQLANDI

2018-10-19 11:10:00

Azərbaycanda maliyyə sektorunda müəssisə və təşkilatların sayı ilin əvvəli ilə müqayisədə 3,7% artaraq bu il oktyabrın 1-nə 1 695-ə yüksəlib.

Bu ilin yanvar-sentyabr ayları ərzində 83 müəssisə və təşkilat yaradılıb, 23-ü isə ləğv olunub. Beləliklə, 1 oktyabrı tarixinə ölkədəki müəssisə və təşkilatların cəmində maliyyə sektorunun xüsusi çəkisi 1,3% təşkil edib.

2018-ci il yanvar-sentyabr ayları ərzində müəssisə və təşkilatların sayı 7,3% artaraq, 2018-ci il oktyabrın 1-i vəziyyətinə 127 221 olub.

Eləcə də bax:Azərbaycanda bağlanan şirkətlər – ADLAR AÇIQLANDI

Artım iqtisadiyyatın “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Nəqliyyat və anbar təsərrüfatı”, “İnformasiya və rabitə”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” və “Emal sənayesi” sahələrində nəzərəçarpacaq dərəcədə olub.

©Banco

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258