BİZNES

Xarici valyuta çıxaran əcnəbinin məhkəməsinin NƏTİCƏSİ
18 OKTYABR
193

Xarici valyuta çıxaran əcnəbinin məhkəməsinin NƏTİCƏSİ

2018-10-18 14:43:00

Bu gün Bakı Ağır Cinayət Məhkəməsində qaçaqmalçılıq yolu ilə Azərbaycandan külli miqdarda xarici valyuta çıxarmaqda təqsirləndirilən Karanaev Nurmaqomed Maqomedtaqiroviçin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Fins.az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, bu ilin yanvar ayında qeydə alınmış hadisə ilə bağlı Dövlət Gömrük Komitəsi rəsmi məlumat yayıb.

 Eləcəd ə bax:İlin əvvəlindən 9 min hüquqi şəxs təsis edilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258